Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb
Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb10-10-2024, 09:41 |
Sumqayıtda bir neçə gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Şəffaflıq.az məlumat verir ki, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb. Yolu keçən piyada, 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyevi avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |