YAP-ın rayon təşkilat sədrinin oğlu narkotiklə tutuldu

 

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

Şəffaflıq.az-ın "Report"a istinadən məlumatına görə, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev həm dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}