Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb


Abşeron rayonunda 56 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəffaflıq.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Abdullayev Cəfər Həmid oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}