Göygöldə toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb
Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb. Şəffaflıq.az-ın məlumatına görə, sentyabrın 10-da Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş