Xətai rayonunda 2 rəfiqəni avtomobil vurub


Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Məmmədlin Jalə Fərman qızı və eyni yaşda olan onun rəfiqəsi Nuriyeva Diana Vuqar qızını vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onlara bədənin və baş nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}