Yeni Ombudsmanı kollektivə Elmira Süleymanova TƏQDİM ETDİ
Xəbəri paylaş
Facebook-da paylaş
| Оцените работу движка |
Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kollektivə təqdim olunub. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, Səbinə Əliyevanı kollektivə Elmira Süleymanova təqdim edib. S.Əliyevaya fəaliyyətində uğurlar arzulayan E.Süleymanova kollektivlə sağollaşıb. Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib. Xatırladaq ki, S.Əliyeva bu vəzifəyə qədər Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
Facebook-da paylaş







