XİN-dən AÇIQLAMA Azərbaycanlı miqrant alverçiləri barədə...

 "Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması barədə məlumatımız var"
Şəffaflıq.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib: "Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ müvafiq şəkildə nəzərdən keçirilə bilər".

Qeyd edək ki, noybarın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb. Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Adı çəkilən şəxslər Almaniyada qanunsuz miqrant alveri ilə məşğul olmaqda şübhəli bilinirlər və barələrində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}