"Danışıqları prezidentin Qarabağ məsələsi üzrə köməkçisi aparmalıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 

"Rusiyada "Kazan formulu" çərçivəsində danışıqlar baş tutarsa, Kremlin yenidən Azərbaycandan istəkləri olacaq"

"Elmar Məmmədyarov prezidentin Qarabağla bağlı prinsipial siyasətinə qarşı çıxmış olur"

"Rusiya və Ermənistanın Qarabağ danışıqlarının yeni formatda, separtçıların birtərəfli şəkildə iştirakı ilə aparılmasında israr etməsi mümkün həll variantına zərbə vurur. Gələn ayın əvvəli Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bu format müzakirə olunacaq. Təəssüf ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu formatla razıdır".
Şəffaflıq.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, bununla da xarici işlər naziri Elmar Məmmədyarov prezidentin Qarabağla bağlı prinsipial siyasətinə qarşı çıxmış olur:

"Soçidə "Valday" klubunda prezident İlham Əliyev Qarabağ məsələsində qəti mövqeyini ortaya qoydu və digər arqumentlərin bundan sonra dilə gətirilməsi mənasızdır. Prezidentin Qarabağla bağlı qəti mövqeyi öz aktuallığını saxlayacaq və danışıqlarda heç bir formata razılıq verməyəcək.

Qeyd edim ki, gələn il Rusiya rəhbərliyinin Azərbaycan və Ermənistan liderlərinin birgə görüşünü təşkil etməsini istisna etmirəm. Bu görüş reallaşarsa "Kazan formulu" çərçivəsində danışıqlar aparılacaq. Onu da qeyd edim ki, prezident İlham Əliyev vaxtilə Koçaryan və mərhum prezident Heydər Əliyevlə ABŞ-da aparılan Qarabağ danışıqlarında Azərbaycanın kompromisinə qarşı çıxmışdı. Ermənistana bir qarış da ərazi güzəştə getməmək əsas prioritet olub".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, danışıqları prezidentin Qarabağ məsələsi üzrə köməkçisi aparmalı və ictimaiyyət dolğun məlumatlandırılmalıdır: "Rusiyada "Kazan formulu" çərçivəsində danışıqlar baş tutarsa, Kremlin yenidən Azərbaycandan istəkləri olacaq. Qeyd edim ki, Kremlin razılıq verdiyi sənədə Paşinyanın da razı olması mütləqdir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}