Şəmkirdə Kür çayında batanların kimliyi dəqiqləşib
Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kənd ərazisində batanların kimliyi bəlli olub. Şəffaflıq.az məlumatına görə, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur. Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş