Saatlıda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Seyran Babayevin məhkəməsi başlayır.
Saatlıda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Seyran Babayevin məhkəməsi başlayır. Şəffaflıq.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Oruc Cəlilovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hadisə bu ilin yanvarında Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü S.Babayev nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş "VAZ-2107" markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Mircəfər Xankişiyev və 1969-cu il təvəllüdlü Möhübbət Qənbərovu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb. S.Babayeva qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Facebook-da paylaş