Xadimə həyat yoldaşı ilə birlikdə işlədiyi evi soydu
Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş