Qırmızı bülletenlə axtarışda olan iş adamı Türkiyəyə təslim edildi - FOTO


“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özer Türkiyənin İnterpol rəsmiləri tərəfindən qəbul edilərək Türkiyəyə gətirilib.

Qırmızı bülletenlə axtarışda olan Faruk Fatih Özer 30 avqust 2022-ci ildə Albaniyada həbs edilib.

Albaniyanın Apellyasiya Məhkəməsi tərəfindən onun Türkiyəyə ekstradisiyasına qərar verilib. Özerin Türkiyəyə göndərilməsi ilə bağlı işlər başa çatdırılıb və onu aparan təyyarə səhər saatlarında Albaniyanın paytaxtı Tirandan havaya qalxıb.

Təyyarə saat 10:15-də İstanbul Hava Limanına enib. İstanbul Hava Limanı Polis İdarəsinin əməkdaşları Özeri təslim alıblar.

Polis bölməsinə aparılan Özer sağlamlıq müayinəsi və digər prosedurlardan sonra İstanbul Polis İdarəsinin kampusuna aparılacaq.










Mənbə: Haber Global

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}