Ermənilər tərəfindən işgəncəyə məruz qalan azərbaycanlı hərbçi Qafan polis şöbəsinə aparılıb


Ermənilər tərəfindən işgəncəyə məruz qalan azərbaycanlı hərbçi Qafan rayon polis şöbəsinə aparılıb.

Oxu.Az xatırladır ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüblər.

Onlardan biri aprelin 11-də, digəri isə bu gün ermənilər tərəfindən tutulub.

Bu gün ermənilərin hərbçimizə işgəncə verməsi ilə bağlı kadrlar yayılıb. 

Mənbə: “Baqramyan26” “Telegram” kanalı

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}