Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib. Şəffaflıq.az S.Seyidəhmədlinin dosyesini təqdim edir: Samir Seyidəhmədli iş karyerasına 2005-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Vergilər Nazirliyi) başlayıb. O, 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2022-ci ildə o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini təyin edilib.
Xəbəri paylaş
Facebook-da paylaş