Bakıda qadın həbsxanaya narkotik gətirdi
Bakıda həbsxanaya narkotik gətirən qadın həbs edilib. Bu barədə Penitensiar Xidmət məlumat yayıb. Bildirilib ki, hadisə Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Ora görüşə gələn 43 yaşlı Sevinc Musayevadan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
