Türkiyədə silahlı şəxs məsciddən çıxan şəxsləri gülləbaran etdi
Türkiyənin Çorum vilayətinin Yukarıörenseki kəndində gecə saatlarında ibadətdən sonra məsciddən çıxan şəxslər silahlı hücuma məruz qalıblar. Silahlı insident nəticəsində ikisi qadın olmaqla ümumilikdə altı nəfər yaralanıb. Yaralananlar arasında kəndin bələdiyyə sədri və onun oğlu da olub. Hadisəni törədən şəxsin ərazidən qaçdığı bildirilir. Onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Mənbə: TRT Haber Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş