Pentaqonda şübhəli hadisə: Hərbçi avtomobilində ölü tapıldı - FOTO


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) dayanacağında bir əsgər öz avtomobilində ölü tapılıb.

Bununla bağlı Pentaqon sözçüsü, briqada generalı Patrik Rayder yazılı açıqlama verib.

Rayder bildirib ki, onlara telefon zəngi daxil olub və dayanacaqda bir əsgərin vəziyyətinin yoxlanılması istənilib. Pentaqon polisi hadisə yerinə gedib.

“Hadisə yerinə gələn Arlinqton təcili tibbi yardım qrupu sözügedən əsgərin öldüyünü təsdiqləyib. Faktla bağlı araşdırmalar davam edir. İstintaq davam etdiyi üçün başqa hər hansı təfərrüat paylaşa bilmərik”, - deyə Rayder qeyd edib.


Mənbə: Haber Global

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}