İsmayıllıda evdən qızıl və pul oğurlanıb


İsmayıllıda evdən qızıl və pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, gecə saatlarında mənzilə daxil olan naməlum şəxs oradan qızıl-zinət əşyalarını və nəğd pulu oğurluq yolu ilə ələ keçirib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər də məhkum olunmuş Elşən İsayev tərəfindən törədildiyi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və ifadəsində əməlini etiraf edib. Oğurladıqları qızılların bir hissəsi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}