İsmayıllıda qaydaları pozan sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görülüb


İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı nəzarət-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin  verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı dayanma-durmanın qadağan edildiyi ərazilərdə, piyada səkilərində, avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər müəyyən olunub.

Qaydalar onlara izah edilib və bu əməllərinin piyadaların, eləcə də digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi daşıyan bu kimi tədbirlər davam etdiriləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}