Son beş ildə indeksləşdirmə nəticəsində pensiyaların sığorta hissəsi neçə faiz artıb?


“Son 5 ildə indeksləşdirilmə nəticəsində pensiyaların sığorta hissəsi 70 faiz, kapital hissəsi isə 40 faiz həcmində artıb”.

Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, aparılan islahatlar nəticəsində əlilliyə görə pensiyaların orta məbləği 423 manata, yaşa görə pensiyaların orta məbləği 456 manata çatıb:

“Orta pensiyanın məbləği ötən illə müqayisədə 14 faiz, 5 il öncə ilə müqayisədə isə 2 dəfəyə yaxın artıb”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}