Rumıniya Rusiya raketinin NATO-nun hava məkanına daxil olması barədə təkzib verdi


Fevralın 10-da Ukraynaya raket hücumu zamanı iki Rusiya mərmisinin Rumıniyanın hava məkanına keçməsi ilə bağlı məlumat təsdiqini tapmayıb.

Bu barədə Rumıniya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər.

Hərbçilərin sözlərinə görə, raketlər ölkənin hava məkanına daxil olmayıb. Onlar Rumıniyanın Rusiya Qara Dəniz Donanmasının gəmilərindən birindən buraxılan “Kalibr” raketinin kursunda ara nöqtə olması versiyasını təkzib ediblər.

Bundan əvvəl Moldova Müdafiə Nazirliyi ölkənin hava məkanının raketlə pozulması ilə bağlı məlumatı təsdiqləyib.

Bildirilib ki, Moldovanın hava məkanı saat 10:18-də (Bakı vaxtı ilə 12:18 - red.) Dnestryanı bölgənin Mokra yaşayış məntəqəsi üzərindən, daha sonra isə Ukrayna istiqamətində Soroka bölgəsindəki Kosouti yaşayış məntəqəsi üzərindən pozulub.

Fevralın 10-da səhər saatlarında Rusiya qoşunları Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirib.

Bu barədə Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim özünün “Telegram” kanalında xəbər verib.

Onun sözlərinə görə, raketlərdən biri Moldovanın hava məkanından keçib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}