Bakıda qadın qətlə yetirilib, intihar kimi təqdim edilib
Bakıda qətl törədilib, hadisəni törətməkdə şübhəli billinən şəxs bunu hüquq-mühafizə orqanlarına intihar kimi təqdim edib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bu gün Xətai rayonunda evlərdən birində 1977-ci il təvəllüdlü Solmaz Mansurova 15 yaşlı oğlu tərəfindən qətlə yetirilib. Daha sonra yeniyetmə hüquq-mühafizə orqanlarına zəng vuraraq anasının intihar etdiyini bildirib. Polis əməkdaşları hadisə yerinə yollanıb. Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.
Xəbəri paylaş
Facebook-da paylaş