Bakıda polis maşını qəzaya düşdü


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

Şəffaflıq.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, “Honda” markalı minik avtomobili Daxili İşlər Nazirliyinin mühafizə polisinə məxsus “Hyundai” markalı avtomobillə toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}