Şamaxıdan Bakıya qonaq gələn 22 yaşlı qız mağazadan itkin düşdü
Bakıya qonaq gələn gənc qız itkin düşüb.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Şamaxı rayon, M.P.Vaqif küçəsi 22 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Şükürova Günay Ağagül qızı Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi 181 saylı evə qonaq gəlib.
G.Şükürova evin yaxınlığındakı mağazaya ərzaq almaq üçün gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş