Yolda uzanan şəxsi vuraraq qaçan sürücü saxlanıldı


Salyanda yolun üzərində uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb.

 DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}