Sabunçuda yük avtomobillərinin akkumlyatorlarını oğurlayanlar saxlanılıblar


Paytaxtın Sabunçu rayonunda yük avtomobillərinin akkumlyatorlarını oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar. Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub.

Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Şəffalıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}