Şəhid Üzeyir Əliyev Göygöldə dəfn olunub


Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan Üzeyr Sabir oğlu Əliyev dəfn olunub.

Şəffaflıq.az-ın məlumatına görə, Gəncənin Qızıl qaya qəsəbəsində şəhid - 1993-cü il təvəllüdlü Üzeyir Sabir oğlu Əliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər iştirak ediblər.

Daha sonra şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}