Kraliça qərar verdi – “Brexit” təxirə salındı

 


Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasının təxirə salınması barədə ötən həftə parlamentdə qəbul edilmiş qanun layihəsi Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minib.

Rusiya KİV xəbər verir ki, qanun ölkə iqtisadiyyatına uzunmüddətli fəsadlar gətirəcək sazişsiz “Brexit”ə yol verməmək məqsədi daşıyır.

Oktyabrın 19-dək Aİ ilə gələcək əməkdaşlığa dair razılığa gəlinməsə, qanun hökumətin üzərinə qarşı tərəfdən “Brexit”i 3 ay müddətinə, yəni 2020-ci ilin 31 yanvar tarixinədək təxirə salmaq barədə xahiş etmək öhdəliyi qoyur.

Xatırladaq ki, ölkənin baş naziri Boris Conson Aİ ilə “Brexit”i təxirə salmaq üçün danışıqlar aparmayacaqlarını, Aİ-dən əvvəlcədən nəzərdə tutulduğu kimi, oktyabrın 31-dən gec olmayaraq çıxacaqlarını bildirib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}