İki deputat YAP-dakı vəzifəsindən uzaqlaşdırılıb - Şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub (SİYAHI)


Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Şəffaflıq.az-ın xəbərinə görə, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.
İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.
Onların bir neçəsinin adlarını təqdim edirik:
Gəncə şəhər təşkilatı - Ramil Orucov
Sumqayıt şəhər təşkilatı - Ramiz Hüseynov
Ucar rayon təşkilatı - Şəhla Abdullayeva
Ağdaş rayon təşkilatı - Əlişah Rəcəbov
Salyan rayon təşkilatı - Elmar Əhmədov
Göyçay rayon təşkilatı - Sahib Şükürov
Daşkəsən rayon təşkilatı - Meydanəli Yolçuyev
Qeyd edək ki, YAP-ın Gəncə şəhər təşkilatının sədri deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri isə deputat Cavid Osmanov idi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}