Prezident ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
Şəffaflıq.az xəbər verir ki, paylaşımda ulu öndərin aşağıdakı sözləri yer alıb:
"Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.
Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il ötür.
Xəbəri paylaş
Facebook-da paylaş