Uşaqları intihara təhrik edən səbəblər: Valideynlərə ÖNƏMLİ ÇAĞIRIŞ edildi

 Ölkədə son günlər azyaşlıların intiharı faktlarının çoxalması cəmiyyətdə həyəcan təbilini çalmağın vaxtının gəlib hətta gecikdiyinə işarə edir.

Bəs hələ arzusu köksündə olan yeniyetmələri ölümə təhrik edən səbəblər nədir?
Bu barədə Şəffaflıq.az psixoloq Vüsalə Əmiraslanova ilə söhbət edib.
Həmin müsahibəni təqdim edirik:
 - Vüsalə xanım gəlin öncə səbəblərdən danışaq.İntihara təşəbbüs nə üçün belə çoxalıb?

“Məktəblilərin intihar etməsinə səbəb çoxdur.Pandemiya şəraiti ilə əlaqədar təhsilin bütün formaları ənənəvi qaydada bərpa olunmayıb.
Distan təhsil zamanı bəzən müəllim-şagird münasibətləri pozulur. Bu zaman da şagirdlərdə aqressiya yaranır. Valideynlər əksər hallarda işdə olduğu üçün uşağın həmin anda keçirdikləri stressi də görə bilmirlər.Yaşıdları arasında anlaşılmazlıq yaşananda yeniyetmələr bəzən kiçik bir problemi daxillərində böyüdürlər.
Bunu valideyni ilə paylaşa bilməyən azyaşlılar ata analarının,ətrafın diqqətini çəkmək üçün intihara əl atırlar”.
Əslində məqsəd özünü öldürmək deyildir.Amma bu yol ilə daha çox diqqət mərkəzində olmağa çalışırlar...


- Yaş faktorunu da nəzərə almaqla deyə bilərikmi, azyaşlılar bu yola əl atmaqla sevgini,diqqəti öz üzərinə çəkməyə çalışır?

“Məsələ ondadır ki, bəzən həqiqətən ciddi bir problem yaşanır. Bunu daxilində qabardan azyaşlı kənardan ‘’bulinqə’’ məruz qaldıqca onun üçün intihar yeganə çıxış yolu sayılır.
Sosial şəbəkələrdə bu məsələdə günahkar sayıla bilər. Müəyyən təhqiredici yazışmalar əsnasında yeniyetmələr hisslərini idarə edə bilmir emosianal davranırlar. Çox vaxt intihar etmək istəyənlər bunu bildirmək istəmirlər.
Amma intiharı deyil də sadəcə diqqət mərkəzində olmaq istəyənlər bu əməllərini öncədən “Mən intihar edəcəyəm”, “Özümü öldürəcəyəm” kimi çıxışlar edirlər.
Bu məsələdə valideynlərin üzərinə böyük məhsuliyyət düşür”.
- Valideynlər nə etməlidir?Uşaqlarına necə davranmalıdır?
 “Bəzi valideynlər bu barədə uşaqları ilə ümumiyyətlə söhbət etmir, bəziləri də əksinə hədsiz intihardan danışmaqla bir növ övladlarını bu əmələ şirnikləndirirlər.
Uşaq düşünür ki, “Görəsən bu necə bir işdir,həqiqətənmi ölə bilərəm’’. Təcrübədə bu kimi faktar daha çox öz təsdiqini tapmışdır.
Ailədə qız uşaqlarının problemlərinə anaları daha həssas yanaşmalıdır. Gün ərzində heç olmasa yarım saat övladı ilə söhbət etməli,onu ən xırda məsələlərə görə günahlandırmamalıdır.
Oğlan uşaqlarının ataları ikili münasibətlərində onu narahat edən məsələlərin həllində köməklik göstərə biləcəyinə inandırmalıdır.Uşaq düşünməməlidir ki, çətinlik baş verəndə atası onu bu məsələdə görməzdən gələ və ya cəzalandıra bilər. Qadağalar qoyularsa belə səbəbi izah edilməlidir”.
- Məktəb və ailə arasında uşaqların psixoloji vəziyyəti necə izlənilməlidir?
“Mən düşünürəm ki, hər ailənin öz psixoloqu olmalıdır. Valideyn uşaqları iləvaxt keçirməyi bacarmalıdır.Onun problemlərindən vaxtında xəbərdar olmalıdır.
Ailədən başqa məktəbdə də müəllimlərin üzərinə şagirdlər ilə münasibətdə böyük iş düşür.
Şagirdlərin xarakterlərini xüsusi testlərdən keçirərək öyrənmək olar. Daha sonra uşaqların ailə vəziyyəti, bullinqə məruz qalıb-qalmadıqları, psixi durumları, ümumiyyətlə psixi, nevroloji problemlərinin olub-olmadığı da araşdırılmalıdır.
Bu cür testlər də davamlı keçirilməlidir. Məktəb psixoloqlarında da bu davamiyyəti formalaşdırmaq lazımdır.
Onlayn dərslərdə müəllimlər uşaqların psixoloji durumuna görə rəftar etməlidirlər. Onları təhqir edib,incitmək nəticədə xoşagəlməz hadisələrin yaşanmasına səbəb olur”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}