Ahmet Davutoğlu koronavirusa yoluxub

 Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Ahmet Davutoğlunda koronavirus aşkarlanıb.
Şəffaflıq.az “Yeniçağ” qəzetinə istinadən xəbər verir ki, bunu partiyanın sözçüsü Serkan Özcan deyib.
“Hazırda durumu yaxşıdır, evində istirahət edir. Cənab sədrimizə şəfa diləyirik”, - o qeyd edib.
Qeyd edək ki, A.Davutoğlu Türkiyənin xarici işlər naziri və baş naziri vəzifələrini tutub. O həmçinin 3 dəfə Ədalət və İnkişaf Partiyasından deputat seçilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}