Baş Prokurorluğun mətbuat xidmətində - Kadr dəyişikliyi

 Respublika Baş Prokurorluğunun mətbuat xidmətində kadr dəyişikliyi olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, mətbuat xidmətinin prokuroru Kənan Zeynalov xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}