Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad olundu. Məşhurlar belə yazırlar: - Foto

 

Məlum olduğu kimi bir neçə dəqiqə öncə Ali Baş Komandan, prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhəri və rayonun bir neçə kəndinin işğaldan azad olunduğu xəbərini paylaşıb. Hər kəsin 27 ildir gözlədiyi bu xəbər ölkədə böyük coşğu və sevinclə qarşılanıb.

Azərbaycanın tanınmışları da bu xəbərlə bağlı sevincini sosial şəbəkələrdə paylaşıblar. 


Şəffaflıq.az onlardan bir neçəsini təqdim edir.

Xalq artisti Röya Ayxan prezidentin qələbə müjdəsini paylaşaraq, "Qələbə bizimdir!" qeydini yazıb.

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova: "Yaşa, var ol Azərbaycan! Var olun Ali Baş Komandanımız və igid ordumuzun əsgərləri!

Qarabağ qayıdır! Allahım, haqqımızın yeyənlərin haqqından gəl!"

Müğənni Roza Zərgərli "Yalnız irəli!" qeydini paylaşıb.

Aktyor Fərda Xudaverdiyev isə sevincini bu cür bölüşüb: "Cəbrayıl sahibindədir. Təbriklər Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!"

Rəqqasə Oksana Rəsulova prezidentin müjdə xəbərini paylaşaraq, "Şükür Allaha! Qarabağ Azərbaycandır!" qeydini yazıb.

Prodüser Tarix Əliyev müjdəli xəbəri "Təbriklər, Azərbaycan!" qeydi ilə paylaşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}