Britaniya 14 günlük karantin rejimini bərpa edir

 

Böyük Britaniya hökuməti ölkəyə daxil olan şəxslərə tətbiq edilən karantin rejiminə yenidən dəyişikliklər edib. 


Şəffaflıq.az xəbər verir ki, dəyişikliklərə əsasənDanimarka, İslandiya, Slovakiya və Karib dənizində yerləşən Kyurasao adasından ölkəyə gələn şəxslərə14 günlük karantin rejimi tətbiq olunacaq.

Krallığın Nəqliyyat və Xarici İşlər Nazirliklərinin yayımladığı birgə bəyanatda deyilir ki, qərar şənbə günü saat 04:00-dan (Bakı vaxtı ilə 07:00) qüvvəyə minir.

Bununla da Böyük Britaniya pandemiyanın ikinci dalğası riskini azaltmağa çalışır. Ümumilikdə, ölkədə koronavirusa 416 363 nəfər yoluxub, onların 41 902-sinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Britaniya pandemiya zamanı sərhədlərini bağlamayan az sayda Avropa ölkələrindən biridir. Ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejimi yalnız 8 iyun tarixindən etibarən fəaliyyətə başladı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}