Pandemiyaya görə Çin məsuliyyətə cəlb edilməlidir - Tramp BMT-dən tələb edib


 

BMT Baş Məclisinin 75-ci sessiyasında çıxışı zamanı Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, dünyada yeni koronavirusu yaydığına görə, Çin məsuliyyətə cəlb olunmalıdır.

«Biz, vaksini bölüşdürəcəyik. Biz, virusa qalib gələcəyik. Biz, pandemiyanın axırına çıxacağıq və görünməmiş çiçəklənmənin, əməkdaşlığın və sülhün yeni dövrünü elan edəcəyik. Biz, belə işıqlı gələcəyə can atırıq, həm də eyni vaxtda. Biz, dünyaya bu vəbanı buraxmış ölkəni - Çini məsuliyyətə cəlb etməliyik» - Tramp bildirib.

Onun sözlərinə görə, koronavrusun yayılmağa başladığı dövrdə Pekin daxili uçuşlara qadağa qoydu, amma bu zaman insanlar ölkədən çıxa və bütün dünyanı youxdura bildilər.

Tramp bundan başqa həm də bəyan edib ki, Çin hökuməti və onun nəzarətində olan Ümumdünya Səhiyyə Təşkilatı yalandan bəyan etdilər ki, virusun insandan insana keçməsinin sübutu yoxdur.

«Ardınca onlar yalandan bəyan etdilər ki, simptomsuz insanlar infeksiyanı yaymırlar. BMT Çini cavab verməyə cəlb etməlidir» - ABŞ prezidenti əlavə edib.

Öz çıxışının əvvəlində Tramp yeni koronavirusu «Çin virusu» adlandırıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}