Tanınmış rejissor vəfat edib

Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda rejissorluq kafedrasının müdiri, institutdakı azərbaycanlı tələbələrdən ibarət kursun və studiyanın rəhbəri, rejissor, teleaparıcı və aktyor Mixail Borisov 71 yaşında vəfat edib.
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, vəziyyəti qəflətən teatr səhnəsində pisləşən M.Borisov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Teatr xadiminə ağciyərlərin iltihabı diaqnozu qoyulub.
Mixail Borisov Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunda kafedra müdiri, institutda azərbaycanlı gənclərdən ibarət kursun rəhbəri idi. 2016-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən 11 azərbaycanlı gənc Moskvada təhsil almağa başlamışdır. M.Borisov Azərbaycana gələrək istedadlı gənclərin seçilməsində şəxsən iştirak etmişdi. Rejissor AZƏRTAC-a müsahibəsində Azərbaycandan daha çox istedadlı gəncin Moskvada təhsil almasına çalışdığını, ölkəmizlə mədəni əlaqələirin genişlənməsinin əhəmiyyətini vurğulamışdı.
шаблоны для dle 11.2


Facebook-da paylaş