Putin-Lukaşenko görüşü başa çatıb: dörd saatdan artıq danışıqlar aparıldı

 

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar başa çatıb. Görüş 4 saat 20 dəqiqə davam edib. 

Şəffaflıq.az bildirir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.

Rusiya və Belarus liderləri arasında danışıqlar saat 14:40 radələrində Soçidə "Boçarov Ruçey" iqamətgahında baş tutub. Görüşün əvvəlində Putin, xüsusən, Rusiya Federasiyasının KTMT və Birlik Dövlətinə dair müqavilələr daxil olmaqla Belarus ilə bütün razılaşmalara sadiq qaldığını söyləyib.

Rusiya lideri həmçinin qeyd edib ki, belarusluların özləri heç bir xarici müdaxilə olmadan ölkədəki vəziyyəti həll etməlidirlər.

Lukaşenko isə öz növbəsində prezident seçkilərindən sonra respublikaya dəstək olduqları üçün Putinə və bütün ruslara təşəkkürünü bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}