Bos Şelf şirkətində işləyən Usub kişidən nümunəvi addım – VIDEO

 Rezonans.az-ın bu gün ki, qonağı əslən Ucar rayonu Təzə Şilyan kəndindən olan Usub Soltan oğlu İsmayılov 1983 cü ildən Dərin Özüllər Zavodunda işləyib,sonradan zavodda fəaliyyət göstərən Bos Şelf MMC də yük maşını sürücüsü kimi işləməyə başlayıb.
Özünün söylədiklərinə görə hər dəfə hər hansı yerdə Şəhidlər abidəsi görəndə ürəyində düşünürmüş ki,belə bir abidə kənd şəhidləri üçün də tikdirəcəm.2019 cu ildə Təzə Şilyan kənd məktəbinin həyətində Şəhidlər Abidəsinin tikintisinə başlayıb,hər həftənin istirahət günlərində iş rəhbəri Vüqar Mahmudovun mənəvi dəstəyi ilə davam edib tikinti.
Bu il hazır olan abidəyə başqalarının maşın alacağı qədər pul xərcləyən Usub kişi bunları danışdıqca az qala danışa bilmirdi qəhərdən..
İxtiyar Axundovun rəhbərliyi ilə beynəlxalq və ölkədaxili layihələrin,dəniz qurğuları özüllərinin hazırlanması ilə uğurlara imza atan Bos Şelfin sürücüsü Usub kişi də vətəndaşlıq,insanlıq adına uğura imza ataraq bu xeyirxah işi görüb.
Bu günkü günlərdə belə Vətənini,Şəhidini sevən vətandaşlar qürurumuzdur.
Göstərməyi bizdən baxıb qiymət vermək də sizdən əziz oxucular….

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}