Gəlir 6 milyard, xərclər 12 milyard manat olacaq – Neft Fondunun yükü artır


 

Gələn il Dövlət Neft Fondunun gəlirləri təqribən altı milyard manat, xərcləri isə təqribən 12 milyard manat proqrnozlaşdırılır. Bu haqda Maliyə Nazirliyinin internet saytında dərc etdiyi gələn il üçün icmal və dövlət büdcəsinin ilkin göstəricilərinə dair açıqlamada qeyd olunub.

Gələn il üçün neftin bir barrelinin qiyməti builkindən daha az - 35 dollar kimi planlaşdırılıb.

İqtisadi təhlilçi Toğrul Maşallı “Azadlıq” radiosuna bildirib ki, bu halda belə görünür ki, Fond yaranmış kəsiri ehtiyatları hesabına dolduracaq:“Büdcə gəlirləri yenə neft gəlirləri hesabına formalaşacaq deyə, Dövlət Neft Fondundan ayırmalar olacaq. Nəticə etibarilə Dövlət Neft Fondu defisitli büdcə ilə üzləşəcək - 6 milyard manatdan yuxarı defisiti olacaq. Bu hələ Dövlət Neft Fondunun defisitidir. Yəni, onlar artıq ehtiyatlara müraciət etməli olacaqlar. Yəni, plana görə belədir.

Elə isə Dövlət Neft Fondunun özünün planı nədir, kəsiri nəyin hesabına dolduracaq? Fond bu barədə sorğunu gün ərzində cavablandırmayıb.

Toğrul Maşallı bildirir ki, neft pullarını gələcək nəsillər üçün qorumalı olan Neft Fondunun belə duruma düşməsi onu göstərir ki, ölkənin neft gəlirlərindən asılılığı nəinki azalıb, hətta artıb.

2014-cü ilin sonunda neftin qiyməti kəskin ucuzlaşandan sonra manat dollara qarşı iki dəfəyə qədər dəyər itirmişdi.

Bundan sonra hökumət neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunu inkişaf etdirəcəyini elan etmişdi. Prezident İlham Əliyev keçən ilin sentyabında bu haqda demişdi: "Biz əlbəttə ki, bu gün iqtisadi sahədəşaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağçalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk”.

Ümumilikdə gələn il dövlət büdcəsinin gəlirlərinin 60 faizə yaxın hissəsinin neft sektorundan, təqribən 40 faizinin qeyri neft sektorundan formalaşacağı gözlənilir.

Maliyyə Nazirliyi gələnilki dövlət büdcəsinin gəlirlərini təqribən 24 milyard manat proqnozlaşdırır, xərclərin isə təqribən 25 milyard manat civarında olacağı gözlənilir. Amma bu hələ ki, ilkin açıqlamadır və dövlət büdcəsi layihəsində göstəricilər fərqli ola bilər.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş