Şamaxı rayon məhkəməsində Dövlət Əmək Müfəttişliyinin Şamaxı Astrofizika Rəsədxanasına yazdığı inzibati protokola baxılacaq


 

05.08.2020-ci il tarixdə, saat 14.45-də Şamaxı rayon məhkəməsində Dövlət Əmək Müfəttişliyinin Şamaxı Astrofizika Rəsədxanasının direktoruna yazdığı cəriməyə baxılacaq.
 
Bildiririk ki, Dövlət Əmək Müfəttişliyinin 08 iyul 2020-ci il tarixli, MN0411327 saylı inzibati protokolu ilə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Sərdar oğlu Cəlilov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verdiyinə görə) təqsirli bilinərək cərimələnmişdir.
 
Həmin maddəyə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə edilirlər. Namiq Cəlilov həmin qərara etiraz etdiyinə görə həmin iş baxılmaq üçün Şamaxı rayon məhkəməsinə göndərilmişdir. 

Biz də mətbuat olaraq bu işləri diqqətdə saxlayırıq və məhkəmənin qərarından asılı olaraq bunu ətraflı şərh etməklə bütün respublika rəhbərliyinə və ictimaiyyətinə çatdıracağıq. Bizə edilən müraciət və həm də sənəd əsasında öz tərəfimizdən araşdırdıq ki, Dövlət Əmək Müfəttişliyi tam haqlıdır. 

 
 
 

Şəffaflıq qəzetinin təsisçisi 
və baş redaktoru
Vahid İsmayılov

Şəffaflıq.az

шаблоны для dle 11.2


Facebook-da paylaş