ABŞ-da bir gündə 71 mindən çox insan koronavirusa yoluxub

 

ABŞ-da son 24 saat ərzində daha 71 695 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat verib. Sutka ərzində ştatlar üzrə xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 1195 nəfər təşkil edib. Ölkədə hazırda 2 011 613 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Qeyd edək ki, ABŞ-da bu günə qədər 4 101 308 koronavirusa yoluxub, onlardan 146 192 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}