Əlilliyin qiymətləndirilməsi üzrə yeni layihə hazırlanıb

 

Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə yeni qanunvericilik layihəsi hazırlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə cari ilin birinci yarımilinin yekunlarına dair videokonfrans formatında keçirilən kollegiya iclasında bildirib.

S.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarların tətbiqi əlilliyi olan şəxslərin aktiv həyat tərzinə malik olmaq, mövcud əmək potensiallarını reallaşdırmaq, əmək bazarında fəaliyyətlərinə davam etmək, cəmiyyətə inteqrasiya etmək imkanlarını artıracaq. Artıq bununla bağlı qabaqcıl dünya standartları nəzərə alınmaqla yeni qanunvericilik layihəsi hazırlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}