Braziliyada koronavirusa yoluxanların sayı milyon nəfərə yaxınlaşır

 

Qeyd edilir ki, ölkədə təhlükəli virusa 32 min 188 yeni yoluxma aşkar edilib.

Virusa yoluxmuş 463 min 474 nəfər sağalıb. Hazırda daha 445 min 393 pasiyent həkim müşahidəsi altındadır.

Son məlumatlara görə, Braziliyada COVID-19-dan 46 min 510 insan ölüb. Ölkədə ölüm faizi 4,9% təşkil edir. Səhiyyə Nazirliyi son sutkada daha 1 269 ölüm qeydə alıb.

Qeyd edək ki, Braziliya dünyada koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}