İndoneziyada hərbi helikopter qəzaya uğradı: 4 ölü, 5 yaralı

 

İndoneziya ordusuna məxsus Mi-17 helikopterinin Mərkəzi Yava vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfər həlak olub, beş nəfər yaralanıb. 

Şəffaflıq.az bildirir ki, bu barədə “Jakarta Globe” qəzeti ölkənin Silahlı Qüvvələrinə istinadən xəbər verib.

İnsident Kendal şəhərində sənaye kompleksinin yaxınlığında yerli vaxtla saat 13:40 radələrində baş verib. Ordu nümayəndəsi Nefra Firdausun verdiyi məlumata görə, helikopter ikinci təlim uçuşunu yerinə yetirirdi. Birinci uçuş, onun sözlərinə görə, yaxşı keçib.

Firdaus deyib ki, Silahlı Qüvvələrin nümayəndələri insidentlə bağlı istintaqa başlayıb. Xəsarət alanların hamısı yerli xəstəxanaya çatdırılıb. Nəşrin xəbərinə görə, onlar ağır yanıq xəsarətləri alıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}