Rusiya yoluxma sayına görə dünyada 3-cü yerə qalxdı

 

Rusiyada son sutka ərzində daha 10 899 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 232 243-ə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib.

 Bununla Rusiya koronavirusa yoluxma sayına görə dünya sıralamasında Böyük Britaniyanı qabaqlayaraq 3-cü yerə qalxıb. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 186 615 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 107 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 116-ya çatıb. Ümumilikdə 43 512 pasiyent isə sağalaraq evinə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}