Avropanın 3 ölkəsi bir-biri ilə sərhədləri açır

 

Avropa inamlı addımlarla karantindən çıxmağa çalışır. Qitənin 3 ölkəsi hətta bir-biri ilə sərhədləri açmaq qərarına gəlib.


Şəffaflıq.az xəbər verir ki, Latviya, Litva və Estoniya qarşılıqlı razılaşma əldə edib. Bu haqda Latviyanın baş naziri Krişyanis Karinş “Twitter” hesabında yazıb.

Sərhədlər mayın 15-də açılacaq. Baltikyanı ölkələr bu addımdan sonra 14 günlük karantin elan edəcək. Yəni hər 3 ölkəyə daxil olan şəxs iki həftə təcrid olunacaq. Bundan sonra Finlandiya ilə sərhədlərin açılması nəzərdə tutulub.


Baltikyanı ölkələr öz arasındakı sərhədləri martda bağlamışdı. Bununla koronavirusun yayılmasının qarşısını almaq düşünülmüşdü.


Pandemiya ilə bağlı bu ölkələrin heç birində vəziyyət ağır deyil. Estoniyada 1713 (55 ölüm), Litvada 1428 (48 ölüm), Latviyada isə 900 yoluxma halı (17 ölüm) qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}