NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər


ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) direktoru Cared Ayzekman Çinin Birləşmiş Ştatlardan əvvəl Aya insan göndərə biləcəyini bildirib.

Şəffaflıq.az-ın məlumatına görə, o, bu barədə CBS telekanalının efirində bildirib.

"Çin Aya öz taykonavtlarını göndərəcək. Buna şübhə yoxdur", - Ayzekman deyib.

Onun sözlərinə görə, əsas məsələ ABŞ-nin Çindən əvvəl Aya qayıdıb orada uzunmüddətli mövcudluq yarada biləcəyidir.

"Hazırda kosmik yarışdayıq. Çinlilər isə inanılmaz sürətlə irəliləyirlər", - NASA rəhbəri vurğulayıb.

Ayzekman xatırladıb ki, NASA 2032-ci ilə qədər Aya insanlı Amerika stansiyası yerləşdirmək niyyətindədir. O əlavə edib ki, peykdən nəticədə Marsa pilotlu ekspedisiyaya imkan verəcək texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.Ç



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}