Əsas Səhifə > XARİCİ XƏBƏR > NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər
NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilərDünən, 23:38 |
|
ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) direktoru Cared Ayzekman Çinin Birləşmiş Ştatlardan əvvəl Aya insan göndərə biləcəyini bildirib. Şəffaflıq.az-ın məlumatına görə, o, bu barədə CBS telekanalının efirində bildirib. "Çin Aya öz taykonavtlarını göndərəcək. Buna şübhə yoxdur", - Ayzekman deyib. Onun sözlərinə görə, əsas məsələ ABŞ-nin Çindən əvvəl Aya qayıdıb orada uzunmüddətli mövcudluq yarada biləcəyidir. "Hazırda kosmik yarışdayıq. Çinlilər isə inanılmaz sürətlə irəliləyirlər", - NASA rəhbəri vurğulayıb. Ayzekman xatırladıb ki, NASA 2032-ci ilə qədər Aya insanlı Amerika stansiyası yerləşdirmək niyyətindədir. O əlavə edib ki, peykdən nəticədə Marsa pilotlu ekspedisiyaya imkan verəcək texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.Ç Geri qayıt |