Çində ötən sutkada 30 nəfər koronavirusdan ölüb

 

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 06 mart 2020-ci il tarixinədək 80 min 710, bu virus səbəbindən ölənlər isə 3 min 45 nəfərə çatıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 143 yoluxma, 30 ölüm faktı qeydə alınıb.

İndiyədək 53 min 793 nəfər sağalaraq xəstəxananı tərk edib. Sağalan şəxslərdən bəzilərində sonradan yenə virus aşkarlansa da, mütəxəssislər onların virusu yaymaq ehtimalının az olduğunu bildirirlər. Ölkə üzrə 5 min 737 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş təxminən 32 min nəfər tibbi nəzarət altındadır.

Çindən başqa, 81 ölkədə 14 mindən çox yoluxma, 330-dan yuxarı ölüm faktı qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}